Lavrov: “Rusiya nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmayacaq"

19-01-2018, 08:50           
Lavrov: “Rusiya nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmayacaq"
Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmaq niyyətində olmadığını bildirib.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə S.Lavrov BMT Təhlükəsizlik Şurasının icrasında çıxışı zamanı bildirib.



“Rusiyanın Nüvə Silahlarının Qadağan Olunması Müqaviləsinə qoşulmaq niyyəti yoxdur. Çünki hesab edirik ki, nüvə silahının ləğvi yalnız ümumi, hərtərəfli və tam silahsızlaşdırılma kontekstində, Nüvə Silahının Yayılmaması haqqında müqavilə ilə hamı üçün (o cümlədən nüvə ölkələri üçün) nəzərdə tutulmuş bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsi şəraitində mümkündür”, - deyə Lavrov qeyd edib.



S.Lavrov Rusiyanın nüvə partlayışlarına qoyulan qadağanın uzadılmasını dəstəklədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru