Moldova Rusiyadan Dnestryanı bölgənin işğalına görə böyük məbləğdə təzminat istəyəcək

21-01-2018, 10:38           
Moldova Rusiyadan Dnestryanı bölgənin işğalına görə böyük məbləğdə təzminat istəyəcək
Moldova parlamentinin spikeri Andrian Kandu Rusiyanın Dnestyanı bölgəsindəki sühməramlı qüvvələrini işğalçı adlandırıb və bu ölkəni beynəlxalq hüququ pozmaqda ittiham edib.

"Report" "Qazeta.ru"-ya istinadən xəbər verir ki, bu barədə o, qəzetlərin birinə verdiyi müsahibədə deyib.

Spiker əlavə edib ki, Moldova beynəlxalq hüquq şirkətinə müraciət etmək niyyətindədir. Həmin şirkət son 25 il ərzində Rusiya qoşunlarının Dnestryanıda olduğu zaman ölkənin maliyyə itkilərini hesablayacaq. Onun sözlərinə görə, hesabın milyardlarla dollar civarında olacağı gözlənilir.

Siyasətçinin sözlərinə görə, ölkəsi Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq istəyir. Amma Moldovanın əsas tərəfdaşları ABŞ və Avropa Birliyidir.

“Avropa yönümlü partiya kimi biz Rusiya ilə münaqişə yox, əksinə, qarşılıqlı hörmət əsasında olan münasibətlər qurmaq istəyirik. Rusiyanın bizimlə bərabər səviyyədə əlaqə saxlamasını istəyirik, ikinci, hətta üçüncü dərəcəli ölkə kimi yox", – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru