ABŞ-ın Kabildəki Səfirliyi silahlıların otelə hücum planından məlumatlı olub
21-01-2018, 10:46
ABŞ-ın Kabildəki Səfirliyi hələ yanvarın 18-də silahlıların Əfqanıstanın paytaxtında otelə mümkün hücumu barədə xəbərdarlıqla çıxış edib.
"Report" xarici mətbuata istinadən məlumat verir ki, bununla bağlı məlumat diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilib.
Bildirişdə deyilir ki, terrorçular hədəf kimi Kabilin Həmid Kərzayi adına Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən "Baron" mehmanxanasını seçə bilərlər. Həmçinin səfirlikdə bildiriblər ki, silahlılar xarici ölkə vətəndaşlarının olduğu yerlərə, insanların kütləvi toplaşdıqları ərazilərə, dövlət idarələrinə, ictimai nəqliyyata, bazarlara hücum edə bilərlər.
Bununla əlaqədar olaraq nümayəndəlik özünü sakitcə aparmağı və yerli mətbuatdakı xəbərləri izləməyi məsləhət görüb. Qeyd edək ki, Kabildəki “Intercontinental Hotel”-ə hücum zamanı ölən və yaralananların sayı 35 nəfərə çatıb.