AXCP-dən daha 6 nəfər Razi Nurullayevin tərəfinə keçdi - Siyahı

25-08-2015, 16:38           
AXCP-dən daha 6 nəfər Razi Nurullayevin tərəfinə keçdi - Siyahı
Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəkləyənlərin sayı artır.

Avropa.info-ya daxil olan məlumata görə, bu gün AXCP Suraxanı Rayon təşkilatı “Hövsan-2” dayaq dəstəsinin daha 6 nəfər üzvü Əli Kərimlinin sədri olduğu təşkilati strukturlardan istefa verərək Razi Nurullayevin başçılıq etdiyi AXCP-yə keçdiklərini bildiriblər.

Tahir Hüseynov, Nurlan Rəsulov, Vilayət Muxtarov, Fuad Səfayev, Cavid Nəbiyev və Ramiq Şirinov yaydıqları birgə bəyanatda AXCP daxilində yaranmış siyasi mühitə etiraz etdiklərini bildiriblər: “Son illərdə AXCP daxilində baş verən hərc-mərclik, demokratik mühitin pozulması, gənclərə qarşı repressiya xarakterli rejimin mövcudluğuna yox deyirik və bundan sonra Razi Nurullayevin rəhbərlik etdiyi AXCP sıralarında fəaliyyətimizi davam etdirəcəyik”-bəyanatda belə qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.