Çin Kanada qurumları və fərdi şəxslərə qarşı əks tədbirlərə əl atıb
Bu gün, 17:14
Çin bazar günü iki Kanada qurumuna, uyğurlar və Tibetlə bağlı insan haqları məsələlərində iştirak edən 20 nəfərə qarşı əks tədbirlər gördüyünü bildirib.
Çin Xarici İşlər Nazirliyinin saytında bildirilib ki, şənbə günü qüvvəyə minən tədbirlərə aktivlərin dondurulması və giriş qadağaları daxildir və hədəflər arasında Kanadanın Uyğur Hüquqlarını Müdafiə Layihəsi və Kanada-Tibet Komitəsi var,
Hüquq qrupları Pekini əksəriyyəti etnik müsəlman azlıq olan 10 milyona yaxın əhalisi olan Sincan əyalətinin qərb bölgəsində uyğurlara qarşı geniş miqyasda sui-istifaddə, o cümlədən düşərgələrdə məcburi əməyin kütləvi şəkildə istifadəsində ittiham edir.
Pekin bu ittihamları rədd edir.
Çin 1950-ci ildə Tibetə nəzarəti ələ keçirdikdən sonra bunu "feodal köləlikdən sülh yolu ilə azad edilmə" olaraq təsvir edib. Lakin beynəlxalq insan hüquqları təşkilatları və mühacirlər Çin tərəfindən Tibet bölgələrində tətbiq olunan "repressiv idarəetməni" tənqid edirlər.
Çin bu iki qurum üçün "Çin ərazisindəki daşınan, daşınmaz əmlak və digər növ əmlakı dondurduğunu" bildirib. Uyğur qurumunda 15 nəfərin və Tibet komitəsində 5 nəfərin Çin ərazisindəki əmlaklarını dondurur, həmçinin onlara Çinə, o cümlədən Honq-Konq və Makaoya girişi qadağan edir.
Pekindəki Kanada səfirliyinə edilən zənglər cavabsız qalıb. Reuters insan hüquqları təşkilatlarından və Global Affairs Canada-dan hələ cavab almayıb.