"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ

Bu gün, 16:20           
"Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" -
Xoşqədəm Hidayətqızının adında dələduzluq olunub.

"DİA-AZ" olay-a istinadla xəbər verir ki, bu barədə Əməkdar jurnalist “Günaydın, Azərbaycan!” verilişində danışıb.

O bildirib ki, onunla şəkil çəkdirən bir şəxs qurduğu biznes üçün aparıcının adından istifadə edib:

“2012-2013-cü il idi. Moskvadan Bakıda gəlirdim. Hava limanında təyyarəyə minərkən vergilərdən mənə zəng gəldi. Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz? Dedim, nəyin vergisini, mənim obyektim var? Cavab verdi ki, bəli, sizin Yasamal rayonunda obyektiniz var. Dedim ki, səhv məlumatdır, heç bir obyektim yoxdur.

Bakıya gələn kimi ilk işim bu məsələni araşdırmaq oldu. Məlum oldu ki, bir yerlim Yasamalda obyekt açıb. O şəxslə də səhvən toyda şəkil çəkdirmişəm. Hər yerdə həmin fotonu göstərib deyir ki, bu ikimərtəbəli obyekt Xoşqədəm Hidayətqızınındır.

Obyektin yerini tapdım. Avtomobildən düşən kimi oradalı şəxslərə dedim, çıxın obyektimdən. Durub üzümə baxırdılar. Dedim ki, çıxın! Hər yerdə adımı çəkirsən,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.