Yaponiyada Ay qəsəbəsi tikiləcək

23-12-2024, 18:54           
Yaponiyada Ay qəsəbəsi tikiləcək
Yaponiyada 2030-cu illərə qədər Ayın tədqiqi üçün süni cazibə qüvvəsinin mövcud olduğu yaşayış kompleksi istifadəyə veriləcək.

"Kyodo"nəşri xəbər verir ki, ölkənin ən böyük tikinti korporasiyalarından biri olan "Kajima" və özəl Kioto Universitetinin mütəxəssisləri bu layihə üzərində işləməyə razılıq veriblər.

"The Lunar Glass" adlanan fırlanan parabolik strukturun hündürlüyü 400 m, diametri isə 200 m olacaq. Burada 10 min nəfərə qədər şəsxin yerləşə biləcəyi gözlənilir.

Hazırda bir çox yapon korporasiyası Ayın məskunlaşdırılması ilə bağlı müxtəlif layihələr həyata keçirir. Xüsusən də, Yerin təbii peykində hərəkət etmək üçün Yaponiyanın ən böyük avtomobil korporasiyası olan "Toyota Motor" tərəfindən xüsusi maşınlar hazırlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru