Tramp TikTok-u xilas etmək qərarına gəlib

Bu gün, 00:04           
Tramp TikTok-u xilas etmək qərarına gəlib
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp "TikTok"un ölkədə fəaliyyətini davam etdirməsinə icazə vermək niyyətini ifadə edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Məlumata görə, Donald Trampa sosial şəbəkədə özü və seçki kampaniyası ilə bağlı yayılan videoların böyük baxış toplaması çox xoş gəlib.

"TikTok"un yanvarın 19-da bloklanması gözlənilsə də, bu tarixə qədər ABŞ Ali Məhkəməsi proqramın ana şirkətinin satılmasını tələb edən iki partiyalı qanunun konstitusiyaya uyğunluğu ilə bağlı arqumentləri nəzərdən keçirəcək.

Tramp "Turning Point USA" və "Turning Point Action" tərəfindən təşkil edilmiş "AmericaFest" festivalında belə deyib: "Biz həqiqətən də TikTok-a daxil olduq və milyardlarla baxış sayı ilə əla bir reaksiya aldıq. Bəlkə də "TikTok"u bir az daha özümüzdə saxlamağa dəyər".

O əlavə edib ki, ürəyində "TikTok" üçün isti bir yer var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.