Səhiyyə Nazirliyində keçirilən əməliyyatda kimlər saxlanıldı? - VİDEO
Bu gün, 00:13
Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar üzə çıxıb. Bakupost.az -ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır. Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.