YAP öz seçki siyahısına kimləri salmadı? – Siyavuş Novruzov

27-08-2015, 20:48           
YAP öz seçki siyahısına kimləri salmadı? – Siyavuş Novruzov
Yeni Azərbaycan Partiyasının deputat seçkilərində iştirak edəcək namizədlərinin siyahısı artıq hazırdır.

Bu barədə Axar.az-a YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib. Deputatın sözlərinə görə, siyahı çoxdan hazırlanıb:

“İdarə Heyəti təsdiq etdikdən sonra siyahı ictimaiyyətə təqdim olunacaq”.

YAP icra katibinin müavini partiyanın seçki siyahısından kimlərin kənarda qaldığı və hansı ciddi dəyişikliklərin olduğu barədə suala isə belə cavab verib:

“Siyahıda kimlərin adı var-kimlərin yoxdur, hələlik bu barədə açıqlama verə bilmərəm. YAP İdarə Heyətinin təsdiqindən sonra açıqlanacaq siyahıda bunu özünüz müşahidə edəcəksiniz”. Qeyd edək ki, 2015-ci ilin noyabrın ilk bazar günü Milli Məclisə seçkilər keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.