İsrailli deputat: "Ərəblər "Allahu Əkbər" əvəzinə "İsrail böyükdür" deməlidirlər"

10-03-2018, 00:59           

İsrail parlamenti Knessetin Daxili İşlər və Ətraf Mühiti Qoruma Komissiyasının sədri və Likud Partiyası üzvü Yoav Kişin ərəblərin namazda 'Allahu Əkbər" əvəzinə "İsrail böyükdür" deməli olduğunu söyləyib. Deputat bu sözləri qüdslü fələstinlilərin şəxsiyyət vəsiqələrinin geri alınması məsələsi gündəmə gətirilən bir qanun layihəsinin müzakirəsində deyib. Knessetdə olan ərəb deputatlar isə deputatın sözlərinə "Allahu Əkbər. Allah səndən də, İsraildən də böyükdür" nidaları ilə cavab veriblər. Qərara reaksiya göstərən deputat Yusif Cabbarın isə Kişin sözlərinin qatı sağçı hökumətin mövqeyini nümayiş etdirdiyini qeyd edərək, hökumətin fələstinli ərəblərə yuxarıdan aşağı və faşistcəsinə baxdığını bildirib.
Mənbə:FİM












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru