Gələcəyin ən güclü dövlətləri açıqlandı

27-03-2018, 09:41           

2030-cu ilə kimi Hindistan, Fransa, Rusiya, ABŞ və Çin planetin ən güclü silahlı qüvvələrinə malik olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə hərbi ekspert Robert Farli “The National Interest” nəşrinə verdiyi müsahibədə bildirib.

“Rusiya ordusu 2030-cu ilə kimi ölümsaçan qüvvə olmağa davam edəcək. Habelə bir sıra problemlərlə üzləşəcək. Gələcəkdə texnoloji imkanlar Rusiya üçün böyük problemə çevrilə bilər” deyə müəllif qeyd edir.

Ekspertin sözlərinə görə, Rusiyada əhalinin azalması onun silahlı qüvvələrinə də təsirsiz ötüşməyəcək. Eyni zamanda icbari və müqavilə əsaslı hərbi xidmət arasında olan qeyri-müəyyənlik problem olaraq göstərilir.

Farlinin proqnozuna əsasən, ABŞ 2030-cu ilə kimi hərbi sferada lideriyini qoruyub saxlayacaq. Fransa isə Avropada aparıcı hərbi qüvvəyə çevriləcək.

Ekspert hazırda hər növ silahlara malik olan Hindistan və Çinin yaxın gələcəkdə dünyanın ən güclü beşliyinə daxil olacağını qeyd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru