Elçibəydən yazan Yalçın Nəsirov kimdir?
30-08-2015, 21:47
Zöhrab İsmayıl
Meydan TV-də Elçibəydən yazan Yalçın Nəsirov kimdir?
Deyir ki, Əbülfəz Əliyev Moskvaya MDU-nun yataqxanasına tələbə yoldaşım Eldar Abbasovgilə gəlmişdi, mən də Eldara kitab qaytarmalı idim, orda rastlaşdıq...
Başqa bir yazıya şərhlərdə isə yazır ki, 1988-ci ildə Azadlıq meydanına birinci gələnlərdən olub və Əbülfəz bəyi orda görməyib...
Yalçın Nəsirov kimdir? 1980-ci illərdən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin idarə rəisi Yasif Nəsirovun oğlu. Mən ona yazanda ki, səni Eldargilə göndərmişdilər, gör Əbülfəz orda nə danışır, hirslənmişdi. Aydın məsələdir ki, DTK-nin idarə rəisinin oğlunu 1988-ci ildə də Azadlıq meydanına da göndərmişdilər!
Yasif Nəsirov başqa kimdir? O həm də Azərbaycan SSR Ali Sovetin deputatı olub. Yalçın deyir ki, güya atası 1991-ci ildə İstiqlal Bəyənnaməsinə səs verib. Amma yalanı tez üzə çıxdı, çünki Yasif Nəsirovun adı İstiqlal Bəyənnaməsinə səs verənlərin sırasında yoxdur. Amma onun adı SSRİ-nin saxlanması haqqında referenduma səs verənlərin sırasından olmamış deyil...
O həmçinin 1990-cı ildə Kremlin Dağlıq Qarabağda yaratdığı Xüsusi İdarə Komitəsinin rəhbəri, Viktor Polyaniçkonun birinci müavini işləyib. Bir sözlə, Kremlinin canişininin sağ əli olub. Məncə, hər şey aydındır, DTK ailəsində böyümüş bir kəsin Əbülfəz Elçibəyi gözdən salma cəhdlərini başadüşüləndir. Bunlar hələ də SSRİ-nin dağılması, o zamankı mövqelərinin itirilməsi, dərindən öyrəndikləri rus dilinin əhəmiyyətinin azalması ilə barışa bilmirlər.
İndi isə Meydan TV haqqında. Hər kəsə məlumdur ki, bu yaxınlarda Emin Abdullayevə təzyiqlər oldu, onu ölümlə hədələdilər, qaynını qondarma ittihamla həbs elədilər və qohumlarına ondan imtina ərizəsi yazdırdılar. Emin də dedi ki, yolundan dönməyəcək. Biz də onu alqışlayırıq!
Amma bizim hakimiyyətdəkilərin əlləri uzundur, bəzən onlar rəqibini başqa yollarla gözdən salırlar. Əgər hər hansı medianı susdura bilmirlərsə dolayısı yollarla əhəmiyyətini azaldırlar. Mən düşünürəm ki, Elçibəy haqqında bu arada Meydan TV-yə iki yazının "soxuşdurulması" məhz bu məqsədə xidmət edə bilər. Sözsüz ki, söhbət heç də Elçibəyin tənqiqdindən getmir.
Əbülfəz Elçibəy özü də dəfələrlə siyasətdə buraxdığı səhvləri etiraf edib. Söhbət hazırda 100 minlərlə insanın rəğbətlə andığı insanı ləkələməkdən gedir. Söhbət demokratik hərəkatda iştirak edənlərin bir hissəsinin özünə ideal hesab etdiyi kəsin gösdən salınmasından gedir. Hədəf yalnız Elçibəy deyil, bu gün mdemokratiya uğrunda mübarizə aparanlardır...
Qeyd etməliyəm ki, bu yazılar yeni deyil, 22 ildir yazılır. Bunların bir çoxu elə indiki hakimiyyətin nəzarətində olan mediada yazılıb, səsləndirilib. Bu tendensiyalardan biri də Əbülfəz bəyin özünə rəsmi olaraq götürdüyü soyadı Əliyevlə əvəz etməkdir. Bununla Elçibəyi aşağılamaq istəyirlər.
P.S. Dostum Emin də "Əbülfəz Əliyev" yazmışdı, ona söz verdiyim kimi, bundan sonra mən də onun soyadını Milli yox, Abdullayev kimi qeyd edəcəm...
P.P.S. Bu yazını arzu edərlərsə, yalnız AzadliqRadiosu, "Azadlıq" qəzeti, Meydan.Tv və Arqument.az saytları dərc edə bilər...
teref.az özbaşınalıq etməyin tərəfdareı olub həmişə Zöhrab bəy!!!!!