İsgəndər Həmidov deputat olmağa israrlıdır... - “Saxtakarlıq edən hər kəs qarşısında məni görəcək”

31-08-2015, 21:37           
İsgəndər Həmidov deputat olmağa israrlıdır... - “Saxtakarlıq edən hər kəs qarşısında məni görəcək”
Sabiq daxili işlər naziri İsgəndər Həmidov Moderator.az-la əlaqə saxlayaraq “Müsavat” seçki blokundan, 123 saylı Kəlbəcər seçki daiəsindən namizədliyini irəli sürüldüyünü bildirib. İ.Həmidov qeyd edib ki, iki gün ərzində sənədlərini hazırlayıb Kəlbəcər seçki dairəsinə təqdim edəcək. O, fürsətdən istifadə edib saxtakarlığa hazırlaşanların ünvanına da ismarıc göndərib: “Mən İsgəndər Həmidovam. Saxtakarlıq edən hər kəs qarşısında məni görəcək. Onlar cəzasını da İsgəndər Həmidovdan alacaqlar. Mən yalnız bir halda namizədliyimi geri götürə bilərəm. Bu da yalnız o zaman ola bilər ki, Kəlbəcərin, kəlbəcərlilərin ağır günündə, məcburi kömkün həyatının ilk dönəmlərində onlara yardım edən keçmiş Göygöl şəhər sovetinin sədri İmamverdi Cəfərov öz namizədliyini irəli sürsün. Yalnız bu halda namizədliyimi geri götürərəm. O, Göygöl şəhər sovetinin sədri ola-ola öz avtomobilinin arxasına çörək yığıb kəlbəcərlilərə çörək paylayırdı. Bu, 1993-cü ildə qaçqın həyatının məşəqqətləri altında əzilən kəlbəcərlilərin yaxşı yadındadır. Onun əmisi Təhməz Cəfərov da kəlbəcərlilərin ən ağır günündə onların yanında olub. Odur ki, mənim Cəfərovlara bir vəfa borcum var və əgər İmamverdi Cəfərov öz namizədliyini irəli sürərsə, mən öz namizədliyimi geri götürəcəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.