Nazirə general-leytenant rütbəsi verildi – SƏRƏNCAM
31-08-2015, 22:02
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ə.H.Əhmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Hüseyn oğlu Əhmədova general-leytenant hərbi rütbəsi verilsin.