AŞPA-nın bu hesabatını niyə ancaq ermənilər təbliğ edir?

27-04-2018, 19:00           
AŞPA-nın bu hesabatını niyə ancaq ermənilər təbliğ edir?
AŞPA-nın “hesabatı” təşkilatın daxilində Azərbaycana qarşı ikili standartlar siyasətinin bariz göstəricisidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Ələsgərov AŞPA-da Azərbaycanla bağlı hesabatı şərh edərkən deyib. Ekspert hesab edir ki, AŞPA-nın Azərbaycanla bağlı hesabatı düşünülmüş bir addımdır və Azərbaycanın müstəqil siyasətinə qarşı yönəlib:

“AŞPA-nın “korrupsiya hesabatı” qərəzlidir, ayrı-ayrı deputatların ehtimalları üzərində qurulmuş subyektiv mülahizələrdir. AŞPA-da Azərbaycana qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə ortaya qoyur. AŞPA-nın “hesabatı” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin bariz göstəricisidir. Məqsəd isə Azərbaycan-Avropa münasibətlərini pozmaqdır. Azərbaycana qarşı aparılan bu güclü kampaniyanın başında bir neçə dövlət dayanır. Sözügedən “hesabat”la bağlı “Vzqlyad” qəzetində daha bir məqalə ilə “publisist” Nataliya Yankova çıxış edib. Həmin qəzet Pyotr Akopov adlı bir erməni tərəfindən idarə olunur. Məqalədə bir sıra dövlətlərin adı çəkilsə də, Azərbaycan xüsusilə vurğulanır. Çox maraqlıdır ki, bu yalan məlumatlar ermənilərin idarə etdiyi mətbuatda çıxır. Diqqət çəkən bir məqam isə odur ki, Azərbaycana qarşı bir neçə yerdən idarə edilən bu çirkin kampaniyanın başında erməni redaktorlar durur”.

Ekspert bildirib ki, konyak diplomatiyası və rüşvətxorluqla Avropada Bako Saakyanı qəbul etdirməyə çalışanlar Azərbaycanın dövlətçiliyinə kölgə salmaq istəyirlər:

“Görünür, Ermənistandakı hadisələri, orada tökülən qanları, Rusiyaya qarşı artan böyük nifrəti ört-basdır etmək üçün Azərbaycanı şərləmək siyasətinə keçiblər. Məqsəd təbii ki, Azərbaycanın Avropa ilə energetika sahəsindəki əməkdaşlığını əngəlləməkdir. Çox təəssüf ki, bu mərkli oyun bir deyil, bir neçə dövlət tərəfindən aparılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.