Ruslara tarixlərini xatırlatdılar

7-09-2015, 22:23           
Ruslara tarixlərini xatırlatdılar
Rusiya Müftilər Şurası Rusiyanı Qızıl Ordaya qarşı mənfi münasibət bəsləməkdən imtina etməyə çağırıb.

Şuranı narahat edən məsələ Moskvada “şəhər günü” qeyd edilərkən göstərilən səhnəcikdə tarixin saxtalaşdırılması olub.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “İnterfax” agentliyində yer alıb.

Sentyabrın 5-də Moskvada Qızıl meydanda “şəhər günü” münasibəti ilə keçirilən tədbirdə, Rusiyanın tarixinə aid səhnəciklər göstərilib. Bu səhnələr Rusiyanın qaranlıq keçmişi, Pyotr dövrünü, 1812-ci il Vətən müharibəsi və Böyük Vətən müharibəsi dövrlərindən ibarət olub. Rusiya tarixinin tatar-monqol dövrü isə, slavyan xalqlarının yadellilərə qarşı mübarizə dövrü kimi göstərilib.

Rusiya Müftilər Şurası sədrinin birinci müavini Dəmir Müxətdinov bildirib ki, Qızıl Orda olmasaydı nə Moskva çarlığı olardı, nə də Rus dövləti yaranardı.

Qızıl Orda dövləti XIII əsrdə Monqol imperiyası daxilində yaranıb. İmperiya dağıldıqdan sonra müstəqil dövlətə çevrilib və 15-ci əsrin ortalarına qədər hakimiyyətini sürdürüb. Sonradan bu dövlət bir neçə müstəqil xanlıqlara bölünüb. Qədim ruslar 200 il müddətində Qızıl Ordadan asılı olub və onun vassalına çevrilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.