2008-ci ildə Saakaşvilini tutacaqdıq, lakin... - Rusiyadan etiraf

1-06-2018, 09:57           

Çox təəssüf ki, 2008-ci ildə 5 günlük müharibə zamanı hərbi qüvvələrimiz Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini tutmadı.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov Saratovda tələbələr qarşısında çıxışı zamanı deyib.

“Bilirsiniz, Olimpiya Oyunları ərəfəsində “Beşgünlük müharibə” başlayan zaman prezident Abxaziya istiqamətində əsas qoşunların komandanlığını mənə etibar etmişdi. Biz qarşıya qoyulmuş vəzifələri uğurla icra etdik. Lakin ona görə təəssüf edirəm ki, o zaman Saakaşvilini tutmaq lazım idi. Bizim buna imkanımız var idi. Lakin bizə deyildi: Qoşunları Gürcüstan torpağından çıxarmalıyıq”, - deyə Şamanov bildirib.

Qeyd edək ki, 2008-ci ilin avqustun 8-də başlayan və 5 gün davam edən müharibə zamanı Cənubi Osetiyanın mərkəzi Sxenvali şəhəri tamamilə dağıdılmışdı. Hər iki tərəfdən xeyli mülki və hərbi itkilər olmuşdu.

Rusiya ordusu Tiflisin 30 kim-liyinə qədər yaxınlaşmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.