Ağ Ev Kim Çen Inın məktubuna cavab verdi

3-08-2018, 07:54           
Ağ Ev Kim Çen Inın məktubuna cavab verdi
Amerika tərəfi KXDR lideri Kim Çen Inın ABŞ prezidenti Donald Trampa ünvanladığı məktuba cavab verib. “Reuters” xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Sara Sanders bildirib.

“Biz sədr (KXDR lideri-red) Kimin prezidentə (Trampa-red) məktubuna cavab verdik. O, tezliklə çatdırılacaq”, – deyə Sanders bildirib.

Onun sözlərinə görə, məktub Sinqapurdaki sammitdə liderlərin üzərinə götürdükləri öhdəliklərə dair birgə bəyanata həsr olunub.

Sara Sanders həmçinin qeyd edib ki, Amerika prezidentinin Kim Çen Inla görüşü barədə bəyanatına baxmayaraq, hazırda iki liderin qrafikində belə bir görüş yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru