Budapeştdən Kiyevə: Özün günahkarsan!

3-08-2018, 08:37           
Budapeştdən Kiyevə: Özün günahkarsan!
Ukraynanın NATO-ya və Avropa Birliyinə (AB) daxil ola bilməməsində günahkar özüdür.

Axar.az xəbər verir ki, Macarıstanın Xarici İşlər naziri Tamaş Mençer deyib.

“Ukrayna sözügedən ittifaqlara daxil olmaq üçün lazımi inkişafı əldə edə bilmir. Macarıstanın burada günahı yoxdur”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Ukrayna XİN macar baş nazir Viktor Urbanın Ukraynanın avroatlantik məkana inteqrasiyası ilə bağlı açıqlamasının qəbuledilməz olduğu barədə bəyanat yaymışdı.

Bundan əlavə, Ukraynanın Zakarpatya bölgəsində yaşayan etnik macarların hüquqlarının təmin olunmamasına görə iki ölkə arasında soyuqluq hökm sürür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru