Trampın oğlu: “Bütün ailəmiz təhdid olunur”

4-08-2018, 08:20           
Trampın oğlu: “Bütün ailəmiz təhdid olunur”
ABŞ Prezidenti Donald Trampın oğlu Erik öz ünvanına təhdid aldığını bildirib.

Teleqraf.com xəbər verir ki, o, “Foks Nyus” telekanalının aparıcısının təhdidlərlə bağlı sualına cavab olaraq deyib:

“Məni təhdid edirlər, bizim bütün ailəmizi təhdid edirlər, bütün hamımızı... Bizim hər birimizin evində ağ maddə peyda olub”.

O, həmçinin, mətbuatda atasının və prezidentin qohumlarının fəaliyyəti ilə bağlı yazılanların “tamamilə absurd” və “ikiüzlülük” olduğunu bildirib.

Qeyd edək ki, ABŞ lideri bir sıra KİV-lərlə düşmənçilik aparır, onları “xalq düşməni” adlandırır və “saxta xəbərlər” hazırlamaqda ittiham edir. Buna cavab olaraq jurnalistlər Trampı tənqid edir və Ağ evi nüfuzdan salan məqalələr dərc edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru