Şok ssenari: İraq parçalanır, ABŞ bu tarixdə İranı vurur...

4-08-2018, 09:21           
Şok ssenari: İraq parçalanır, ABŞ bu tarixdə İranı vurur...
ABŞ-ın "Nəşnl İnterest" jurnalı İrana hərbi müdaxilənin ssenarisini yazıb.

Axar.az xəbər verir ki, jurnaldakı məlumata əsasən, ABŞ-ın İrana müdaxiləsi 2026-cı ildə olacaq. Ssenarini yazanlar arasında ABŞ-ın kəşfiyyat və ordu rəsmiləri var.

Qeyd edilir ki, hərbi əməliyyatın səbəbi İranın fəal şəkildə nüvə silahını inkişaf etdirməsi olacaq. ABŞ İranın nüvə silahı üçün uranın zənginləşdirdiyi istiqamətində inkaredilməz dəlilləri 2026-cı ildə əldə etmiş olacaq.

ABŞ-ın İrana qarşı hərbi əməliyyatı Körfəzdəki təyyarədaşıyan gəmilərdən qırıcılarla deyil, 2021-ci ilə qədər bir neçə dövlətə parçalanacaq İraqdakı quru qüvvələrinin hücumu ilə başlayacaq. Ssenarini yazanların fikrinə görə, İraq torpaqlarının parçalanması bölgədəki güc tarazlığı üçün ciddi nəticələr doğuracaq. ABŞ Fəllucə və Ramadi bölgələrinə yerləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru