Ölkəsindəki rejimə etiraz edən Kamran Azərbaycana gəlir

4-08-2018, 11:36           
Ölkəsindəki rejimə etiraz edən Kamran Azərbaycana gəlir
İsveçdə yaşayan İran əsilli Kamran Qadiri ölkəsindəki rejimə etiraz etmək məqsədilə 1 ildir ki, dünyanı piyada dolaşır.

Qaynarinfo xəbər verir ki, o, 10 min kilometr yol qət etdikdən sonra Türkiyənin Ərzurum şəhərinə çatıb.

Ərzurum-Tortum magistralı ilə hərəkət edən 47 yaşlı K.Qadiri 33 il öncə İranda yaşadıqları problem səbəbindən ailəsi ilə birgə İsveçə köçmək məcburiyyətində qalıb.

O, İsveçdə yaşamasına baxmayaraq ölkəsindəki rejimə və insan hüquqlarının tapdalanmasına etiraz olaraq üçtəkərli əl arabası və İran İslam Respublikasının bayrağı ilə yola çıxıb.

Qadiri İsveçdən sonra Polşa, Almaniya, Slovakiya, Macarıstan, Sloveniya, İtaliya, Yunanıstanda olub.

Qadiri Türkiyədən sonra Qırğızıstan, Ermənistanı gəzəcək, daha sonra isə Azərbaycana gələcək. O, Azərbaycandan keçərək İrana getməyi planlaşdırır.

Qadiri 1 ildir yollarda olduğunu və heç bir problemlə qarşılaşmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru