KREMLDƏ PAŞİNYANA QARŞI KOBUDLUQ - VİDEO

11-09-2018, 21:25           
KREMLDƏ PAŞİNYANA QARŞI KOBUDLUQ - VİDEO
Moskvada Nikol Paşinyan dövlət başçısı kimi deyil, Rusiyanın hansısa əyalətinin rəhbəri kimi qarşılanıb.Bunu Nikol Paşinyanla Vladimir Putinin görüşündən çəkilən video da təsdiq edir. Görüşdə diplomatiya tarixində görünməmiş hadisə olub.

Kremldə erməni baş nazirini təkcə ürəksiz yox, həm də, nümayişkaranə şəkildə, kobud deməsək, hörmətsizcəsinə qəbul ediblər. Rusiya prezidentinin protokol xidmətinin başçısı Putinlə görüşə yönələn Nikol Paşinyanı sərt şəkildə dayandırıb. Özü də Paşinyanı kəndarda iki dəfə dayandırıblar. Üstəlik belə qəbuldan çaşmış hökumət başçısı kabinetin kandarında sürüşüb.

Erməni baş nazirini yalnız bundan sonra Vladimir Putinin olduğu zala buraxıblar. Paşinyan qapının kandarında büdrəyərək, Putinə doğru gedib və ona əl uzadıb…













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.