Putin Azərbaycana niyə gəlir? - Səfərin detalları açıqlandı

14-09-2018, 07:48           
Putin Azərbaycana niyə gəlir? - Səfərin detalları açıqlandı
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsinə həsr olunacaq və iki dövlətin əməkdaşlığının çoxtərəfliyinin sübutu olacaq.

Teref.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza" agentliyinə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov deyib.

Agentlik qeyd edir ki, Vladimir Putinin səfəri Rusiya və Azərbaycan münasibətlərində iqtisadiyyatın birinci plana çıxmasını göstərəcək.

"İqtisadi əlaqələrin aktivləşdirilməsi üçün istiqamətlərdən biri Xəzərdə əməkdaşlıqdır. Bir ay öncə imzalanan Konvensiya iqtisadi transsərhəd əməkdaşlığının istiqamətləri toplusunu özündə əks etdirir. Həmçinin söhbət ölkələrimizin nəqliyyat infrastrukturunun fəal istifadəsindən gedir".

Umaxanov həmçinin qeyd edib ki, Konvensiya eyni zamanda siyasi əlaqələrin möhkəmləsi üçün bünövrədir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 25-nə planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru