Tramp Con Kerrini İran hökuməti ilə qanunsuz görüşlərdə ittiham edib - FOTO

14-09-2018, 07:57           
Tramp Con Kerrini İran hökuməti ilə qanunsuz görüşlərdə ittiham edib - FOTO
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların keçmiş katibi Con Kerrini İran hökuməti ilə qanunsuz görüşlərdə ittiham edib.

"Report" RT-ə istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Con Kerri qatı düşmən İran rejimi ilə qanunsuz görüşlər keçirirdi. Amerika xalqına zərər bizim böyük işləri poza bilər. Kerri onlara hakimiyyətdə Tramp administrasiyasının qalmasını gözləməyi tapşırdı" – deyə o, özünün "Twitter"ində yazıb.

Ağ Ev rəhbəri qeyd edib ki, Kerrinin bu görüşləri qanunla qeydiyyata alınmayıb.

Daha əvvəl ABŞ-ın sabiq dövlət katibi Con Kerri demokratların Trampı impiçment etmək istəyini səhv addım adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru