Məktəblərdə qış tətili 5 gün olacaq

19-01-2016, 12:02           
Məktəblərdə qış tətili 5 gün olacaq
27-31 yanvar tarixlərində Azərbaycanın orta ümumtəhsil məktəblərində qış tətili olacaq. APA-nın xəbərinə görə, bununla da yanvarın 26-da dərs ilinin birinci yarımili başa çatacaq.

Dərs ilinin ikinci yarımili 1 fevral tarixində başlayacaq.

Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri bu il sentyabrın 15-i başlayıb, bu il iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar, ibtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.