“Futbola böyük pullar yatırılır, amma insanlar acdır”

21-01-2016, 21:48           
“Radio Liqa”nın qonağı olan “Trabzonspor”un sabiq gürcüstanlı baş məşqçisi Şota Arveladze maraqlı açıqlamaları ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, futbola böyük pulların yatırıldığını və bunun normal olmadığını bildirib.

Şota qeyd edib ki, futbolçulara böyük pullar verilir, amma insanlar var ki, bir tikə çörək tapa bilmir: “Futbolçulara və futbol sahəsində işləyənlərə böyük pullar verilir. Bu düzgün deyil. Çünki insanlar var ki, ac qalırlar. Atalar var ki, öz uşaqlarına heç bir şey ala bilmirlər. Nə edə bilərik ki? Bunu biz başlamadıq ki, biz də bitirək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.