"Partlayışın təxribat olması..." - Hərbi ekspertdən açıqlama

26-07-2016, 18:01           

Müdafiə Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunda baş verən partlayışla bağlı hərbi ekspert Üzeyir Cəfərov "Qaynarinfo.Az"a açıqlama verib.

Ekspert bildirib ki, hadisənin texniki səbəblərdən baş verməsi versiyası daha inandırıcıdır:"Çünki Azərbaycanda Müdafiə Nazirliyinin hərbi zavodları yaxşı qorunur və indiyədək bu zavodlardan heç birində hər hansı bir təxribat baş verməyib".

Ü.Cəfərov deyib ki, hadisənin daha çox səhlənkarlıq və ya texniki təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verməsi inandırcıdır:"Çünki keçən il də bu zavodda yay vaxtı partlayış baş vermişdi. Ola bilsin, zavodda təklükəsizlik qaydalarına riayət olunmayıb. Bütün hallarda hadisənin baş vermə səbəbləri ilə bağlı rəsmi açıqlamanı gözləmək lazımdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru