Zəhlətökən reklamlardan bezənlər üçün XOŞ XƏBƏR

9-11-2018, 00:03           
Zəhlətökən reklamlardan bezənlər üçün XOŞ XƏBƏR
"Google Chrome" zəhlətökən reklamlarla və fişinqlə olduqca radikal üsullarla mübarizə aparacaq.

Teref.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bazarının yarıdan çoxunu əhatə edən brauzer, bu üsullardan istifadə edən bütün reklamları dayandıracaq.

"Google", "Chrome"-un 71 versiyası ilə gələn ay yeni bir sxem yayımlayacaq.

Sistem bu şəkildə çalışacaq: istifadəçilər şirkətə məhdudlaşdırılmış linklərdən, saxta reklamlardan, sistem mesajlarından, görünməz düymələrdən şikayət edə biləcəklər. Brauzer şikayətdən sonra sahibkarlara vəziyyəti düzəltmək üçün 30 gün vaxt verəcək. Bu müddət ərzində problem həll edilməsə, reklamlar dayandırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru