4 narazı vərəsənin şikayətinə baxılıb

12-11-2018, 16:06           
4 narazı vərəsənin şikayətinə baxılıb
Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən vərəsələrdən daha 4 nəfəri - Əliyeva Zərifə Əli qızı, Veysəlov Elçin Aydın oğlu, Binnətova Əkrabə Vəli qızı, Cəfərova Almaz Əli qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul olunublar.

Nazirlikdən Teref.az-a verilən məlumata görə, həmin vərəsələrə şəhid hərbi qulluqçulara görə əvvəllər onlara sığorta ödənişinin həyata keçirildiyinə dair aidiyyəti qurumların arxivlərindən çıxarılmış təsdiqedici sənədlər təqdim edilib. Təqdim edilən sənədlər sırasına vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına yazılmış imzalı ərizələr, bu ərizələr əsasında notariat kontorlarından sığorta ödənişi alınması üçün verilən vərəsəlik şəhadətnamələri və s. daxildir.

Qəbul zamanı şikayətçilərə müvafiq izahatlar verilib. Şəhid hərbi qulluqçulara görə əvvəllər sığorta ödənişi ilə təmin olunmuş vərəsələrin yenidən birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı diqqətə çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru