“Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - Nazir

14-11-2018, 11:31           
“Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - Nazir
“Azərbaycanda ümumilikdə 618 min əlil var. Onlara verilən müavinətlər mərhələli şəkildə artırılacaq”.

Bu sözləri Modern.az-a eksklüziv açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əlillərlə bağlı ümumi konsepsiya dəyişdiriləcək:

“Əlillərlə bağlı yeni konsepsiya hazırlanacaq. Bu gün 52 növ sosial müavinət var. Onlar unifikasiya olunacaq. Eyni zamanda, əlillik meyarları dəyişəcək. Çünki I, II, III qrup əlillik sovet vaxtından qalan anlayışdır. Bütün dünyada əlillik əmək qabiliyyətini və ya özünəqulluq qabiliyyətini itirmə faizi ilə müəyyən olunur. Ona görə bu dəyişikliklər ediləcək ki, kimlərə müavinət ödənilsin. Məsələn, bu gün III qrup əlillərə 55 manat məbləğində vəsait ödənilir. Bu müavinətin ödənilib – ödənilmədiyini işçi qrup müəyyən edəcək. Artıq dünya təcrübəsinə uyğun olaraq araşdırma aparılır. Bu çox böyük bir işdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru