“Nəyə görə yaş həddini 65-ə qaldırmışıq?” - Deputatdan etiraz

14-11-2018, 19:33           
“Nəyə görə yaş həddini 65-ə qaldırmışıq?” - Deputatdan etiraz
"Biz pensiya islahatları ilə bağlı çox ciddi qanun layihələri qəbul etdik. Pensiyaya çıxmağın yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65 edib, eyniləşdirdik.

Bəs bu dövlət büdcəsinə nə verdi? Dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Ümumiyyətlə, bunu hesabladılarmı?”.

Teref.az modern.az-a istinadən xəbər verir ki,bu sözləri Milli Məclisin iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, aparılan pensiya islahatlarının hələ ki, müsbət nəticəsi yoxdur: "Ona görə də hesab edirəm ki, "Pensiya sistemi haqqında” qanuna yenidən baxmağa çox böyük ehtiyac var. Yeni nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Biz ciddi bir şəkildə pensiya yaşını artırdıq. Mən başa düşə bilmirəm ki, biz qadınları niyə 65 yaşında pensiyaya çıxarırıq?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru