Vitse-spikerdən maraqlı reaksiya: "Belə çıxır ki, deputatlar, xalqı sevir, hökumət üzvləri isə bunun əleyhinədir?"

14-11-2018, 19:34           
Vitse-spikerdən maraqlı reaksiya: "Belə çıxır ki, deputatlar, xalqı sevir, hökumət üzvləri isə bunun əleyhinədir?"
"Deputatlar təklif edirlər ki, pensiyaları, uşaqlara verilən müavinətləri artıraq. Bu, çox gözəl təklifdir. Amma kimsə həmin məsələlərin həllinə nə qədər vəsaitin lazım olduğunu və onun mənbəyini göstərmir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin vitse-spikeri Valeh Ələsgərov deyib.

"Təkliflərdən belə çıxır ki, deputatlar milləti, xalqı sevir, hökumət üzvləri isə bunun əleyhinədir? Onlar da bu millətdəndir. Əgər təkliflərinizin həlli üçün maliyyənin mənbəyini bilirsinizsə, hökumət üzvləri ilə bölüşün”, - deyə V.Ələsgərov bildirib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru