"Nokia" 21 gün enerji saxlayan yeni telefonunu təqdim edib - VİDEO

15-11-2018, 07:30           
"Nokia" 21 gün enerji saxlayan yeni telefonunu təqdim edib - VİDEO
Finlandiyanın "Nokia" brendi altında mobil qurğular istehsal edən "HMD Global" şirkəti yeni düyməli "Nokia 106" telefonunu təqdim edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkət nümayəndəsi Yuho Sarvikas öz "Twitter" səhifəsində yazıb.

Bildirilir ki, "Nokia 106" istifadəçiləri bu qurğudan təqribən 16 saat danışıq, 21 gün isə gözləmə rejimində yararlana biləcəklər.

Qadcetin gövdəsi polikarbonatdan hazırlanıb. Qurğuda enerji yığmaq üçün micro-USB-portu da var.

İstehsalçıların sözlərinə görə, yeni məhsulun xüsusi dizaynı cızıqları daha az nəzərəçarpan edəcək.

"Nokia 106" kontur dizaynı sayəsində əldə ideal qalır. Klaviaturada düymələr arasında məsafənin diqqətlə hesablanması hətta qaranlıqda belə mətnin yığılmasını mümkün edir", - deyə məlumatda qeyd olunur.

Displeyin diaqonalı 1,8 düym (təqribən 4,5 santimetr) təşkil edəcək. Telefon iki SIM-kart və 4 meqabaytlıq operativ yaddaşlı MTK 6261D prosessoru ilə təchiz edilib. "Nokia 106" 2000-dək nömrə və 500-ə qədər sms-məlumat saxlamaq imkanındadır.

Bundan əvvəl "Nokia" yeni smartfonlarını təqdim etmişdi.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru