Seçicilər deputatı axtarır, o isə... – ŞAHİN İSMAYILOV HAQQINDA ŞOK İDDİALAR
21-11-2018, 16:14
“Beyləqan seçiciləri Elnur Aslanova yaxın deputatı“əldə çıraq gəzirlər”” Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, 12-18 noyabr 2018-ci il tarixində elektron mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci və yeganə yeri “Beyləqan seçiciləri Elnur Aslanova yaxın deputatın axtarışında - Narazılıq…”, “Bu deputatı Beyləqanda “əldə çıraq gəzirlər””, “Beyləqanlılar deputat Şahin İsmayılovu “əldə çıraq gəzirlər“ - Narazılıq” başlıqlı 3 məqalənin 11 elektron KİV-də yayılması ilə deputat Şahin İsmayılov tutur.