"Cənab nazir, xahiş edirəm kömək edin..." - Vətəndaş kömək üçün Ramil Usubova müraciət etdi..

28-11-2018, 20:08           
"Cənab nazir, xahiş edirəm kömək edin..." - Vətəndaş kömək üçün Ramil Usubova müraciət etdi..
Teref.az olaraq vətəndaş Əliyeva Bahar Əli qızının Daxili İşlər Naziri Ramil Usubova müraciətini təqdim edirik:
DİN, nazir cənab R.Usubova müraciət

Cənab nazir, eyni mövzuda sizə dördüncü dəfə müraciət edirəm, bildirirəm ki, 2008-ci ildən qəyyumluğumda olan iki nəfər 2-ci qrup əlil qardaşlarımdan Əliyev Ehtibar Əli oğlunun adındakı 12 sot bağın 9.6 sot hissəsi tanımadığımız adamlar tərəfindən zəbt edilib, qalan 2.4 sot hissəsinə isə həmin adamlar kanalizasiya axıdıb, çirkab suları ilə bağın bir hissəsini bərbad hala salıblar, bu bəs deyilmiş kimi həmin hissə üstəlik zibilliyə çevrilib və zibilləri yandırmaqla bağın torpaq hissəsini də məhv ediblər. Bağın çoxsaylı əncir ağaclarını kəsib atıblar. Sizə ilk dəfə müraciət edəndən sonra Nardaran 42-ci Polis Bölməsində işi araşdırdılar, mənə səlahiyyətlərinin məhdud olduğunu bildirib, işi həll etmək üçün sənədləri Sabunçu r-n Polis İdarəsinə yolladılar.Topladığım məlumata görə Sabuncu r-n Polis İdarəsində müstəntiq Şövqi Əsgərov tədqiqat aparmadan rədd etmə qərarı çıxarıb, işi bağlayıb. Bakı şəhər Baş Polis İdarəsindən bu barədə iki dəfə cavab almışam, cavab veriblər ki, bizdə Sabunçu r-n Polis İdarəsindən məktub var, yazılıb ki, istintaq olub, iş rədd edilib, bağlanıb, sənədlər arxivə verilib.Biz heç nə edə bilmərik, get işi prokurorluğa şikayət et. Əslində heç bir istintaq olmayıb, olsa idi məni dəvət edərdilər və istintaq işinin gedişatından və müstəntiq Şövqi Əsgərovun hansı əsasla çıxardığı qərardan xəbərim olardı.

Bir daha sizdən xahiş edirəm, zəbt edilmiş ( bundan əvvəlki müraciətlərimdə qeyd etdiyim kimi bağ polis işçilərinin iştirakı ilə zəbt edilib) bağımızın ailəmizə qaytarılması işində köməklik edəsiniz.

Hörmətlə: vətəndaş Əliyeva Bahar Əli qızı.
Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.