Lerikdə meşələri belə talan edirlər..VİDEO

29-11-2018, 00:01           
Lerikdə meşələri belə talan edirlər..VİDEO
Lerik rayonunda meşədən ağacların kəsilməsini əks etdirən görüntülər yayılıb.

Teref.az xəbər verir ki, A24.az-ın redaksiyasına göndərilən görüntülərin rayonun Günəşli kəndində yerləşən meşəsində lentə alındığı bildirilir.

Belə ki, görüntülərdə sözügedən meşədə ağacların qanunsuz olaraq kəsilməsi əks olunub. Əvvəlcə, gizli yolla çəkiliş aparan kənd sakinləri meşəyə əli mişarlı bir neçə nəfərin daxil olduğunu görüb. Həmin şəxslər daha sonra ağacları kəsərək təsərrüfat işlərində istifadə olunan taxta materiallar hazırlayıb. Sonda hazır materiallar meşə ərazisindən çıxarılaraq yük avtomobillərinə daşınıb.

İddia olunur ki, meşədə ağacların “soyqırımı”na meşə idarəsinin icazəsi ilə başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru