Cəlilabadda idarə rəisi jurnalistə hücum etdi

13-11-2015, 16:37           
Cəlilabadda idarə rəisi jurnalistə hücum etdi
Cəlilabadda idarə rəisi jurnalistə hücüm edib.

Buna səbəb "Xəzər" TV-nin Cəlilabad bürosunun müxbiri Rəhman Məlikovun rayon ərazisində qaz abonentlərinə istifadə etdiklərindən artıq yazılmış qeyri-qanuni borcla bağlı hazırladığı süjet olub.

Jurnalist qarşı tərəf kimi Cəlilabad Qaz İstismar Sahəsindən məsələ ilə bağlı bir neçə dəfə açıqlama almaq istəsə də idarənin rəisi Günəşli Nurəliyev nəinki açıqlama verməyib, hətta öz peşə borcunu yerinə yetirən jurnalistə qarşı güc də tətbiq edib.

Kadrlardan da göründüyü kimi, idarə rəisi əlləri ilə jurnalistin boğazından yapışaraq ona qarşı güc tətbiq edir. Artıq jurnalist faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib (xəzərnews.az).
[media=https://www.youtube.com/watch?v=nmjvmTztwp8]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.