Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Bu gün, 15:48           
Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?
Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə təsirə malikdir, viruslarla mübarizə aparmağa kömək edir və hətta II tip diabetin profilaktikasında iştirak edir.
Bu barədə "Pravda.ru" nəşri məlumat verib.

Faydalı xüsusiyyətlərini qoruyub saxlamaq üçün brokkolini hansı şəkildə bişirmək olar?

Elə görünür ki, brokkolini sadə və tez şəkildə qızartmaq olar. Lakin Çin alimlərinin araşdırması göstərib ki, bu yanaşma sulforafanın üçdə ikisini məhv edə bilər. Səbəb isə odur ki, sulforafanın əmələ gəlməsinə cavabdeh olan fermentlər aktivləşməyə vaxt tapmırlar.

Sadə bir üsul: doğrayın və gözləyin

Maksimum faydanı qorumaq üçün bir üsul var. Sadəcə brokkolini kiçik parçalara (təxminən 2 mm) kəsmək və otaq temperaturunda 90 dəqiqə saxlamaq lazımdır. Bu müddət ərzində lazımi reaksiya işə düşür və lazımi həcmdə sulforafan əmələ gəlir. Bundan sonra isə qızartmaq, buxarda bişirmək və ya yeməklərə əlavə etmək olar.

Dadlı birləşmələr üçün fikirlər

Brokkoli universaldır: qarnirlər, salatlar və pastalar üçün əla uyğunluq təşkil edir. Onu qaynadılmış yumurta, qızardılmış pendir və qoz-fındıq, ət və ya balıqla sınamaq olar. Kinoa və avokado ilə duetdə isə brokkoli əsl veqan naharına çevrilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.