Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib

27-06-2025, 15:44           
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
Gürcüstan parlamenti “Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və əlaqələndirilməsi haqqında” qanuna Təhlükəsizlik Şurasının ləğvini nəzərdə tutan düzəlişləri üçüncü və yekun oxunuşda qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklər 83 deputatın dəstəyini qazanıb.

"Dəyişikliyə əsasən, Milli Təhlükəsizlik Şurası 2025-ci il sentyabrın 1-dən ləğv ediləcək. Həmçinin müəyyən edilib ki, Gürcüstan hökuməti milli təhlükəsizlik siyasətinin planlaşdırılması üzrə əlaqələndirici orqan olacaq", - mətbuat xidmətinin bəyanatında qeyd olunub.

Dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik Şurasının ləğvi üçün xüsusi komissiya yaradılacaq. Onun tərkibini və səlahiyyətlərini hökumət müəyyən edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru