Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
9-10-2019, 17:12
Nəhayət ki, uzun müddətdən bəridir proqnozlaşdırılan kadr islahatlarına start verilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə informasiya verib.
Xəbəri verən qaynaq bildirir ki, yaxın günlərdə, daha çox ehtimal olunanı 3 rayonun icra hakimiyyətinin başçısının dəyişdirilməsidir.
Mənbənin bildirdiyinə görə, Qusar, Xaçmaz və Şəmkir rayon icra başçıları dəyişdiriləcək.
Mənbənin dia.az-a spylədikləri: "Bu 3 icra başçısının heç biri yenidən hansısa vəzifəyə təyin olunmayacaq. Xaçmazın icra başçısı kifayət qədər yaşlıdır, Şəmkirin icra başçısı da "vurulmuş" cinahdadır... Qusarın icra başçısının adı isə qaranlıq olaylarda hallandırılır".