“Bank Standard” müştəri hüquqlarını pozur – ŞİKAYƏT

2-12-2015, 16:23           
“Bank Standard” müştəri hüquqlarını pozur – ŞİKAYƏT
“Bank Standard”dan şikayətlər səngimir.

TİA.AZ-ın məlumatına görə, bu dəfə Famil Ələkbərov adlı “Facebook” istifadəçisi narazılıq edib. Onun sözlərinə görə, müştərilərin hüquqları 2 qaydada pozulur: “Yandex, robokassa kimi sistemlərdə 100m ödəniş limiti qoyublar. Bu, birbaşa müştərilərin hüquqlarının pozulmasıdır. Əgər hansısa müştəri 100m-dan çox yandex, robokassa və bunun kimi sistemlərdə ödəniş etmək istəyirsə onda təhlükəsizlik sistemindən imtina etməlidir. Həmin ödənişə bank məsuliyyət daşımır”.
F.Ələkbərov qeyd edib ki, əgər ödəniş vaxtı texniki səbəblərdən ödəniş tamamlanmırsa pul kartdan çıxır: “Amma həmin təyinat yerinə ödənilmir. Bu pulun geri qaytarılması isə 40 gün ərzində baş verir. Bank tərəfindən tezləşdirmək üçün absurd tələb qoyulur. Deyir, paypal-a de ki, bizə məktub yazsı. Ki, biz ödəniş çıxmamışıq həmin vaxtı. Yəni paypal desin ki, baş verməyən ödənişi mən etməmişəm. Məsələ ilə əlaqədar aidiyyatı quruma müraciət etdim. Onların tələbi ilə mənim kartımdan limiti götürdülər, indi bu faktı danırlar. Yeni karta da həmin qaydanı tətbiq etmək istəmirlər. İkinci məsələ isə hələ sual altındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.