Əlillərin pensiyalarında artım – Fond

2-12-2015, 16:45           

Əmək pensiyası alanların pensiyalarının əhəmiyyətli artımı baş verib.

Dövlət Sosial Müdafiə Fondundan Axar.az-a verilən məlumata görə, əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə bu artım müşahidə olunub.

Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 2006-cı il yanvarın 1-i tarixinə 32,3 manat olduğu halda, bu ilin dekabrında məbləğ 149,09 manata çatıb.

Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği isə 257,35 manat təşkil edir. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.

Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub. Qeyd edək ki, sabah - 3 dekabr Beynəlxalq Əlillər günüdür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.