Dünyamin Xəlilovun başı dərddə - İDDİA

2-12-2015, 21:16           
Dünyamin Xəlilovun başı dərddə - İDDİA
Sabiq deputat Dünyamin Xəlilova məxsus “Harvey Nichols” elit geyim dükanı misilsiz satış kampaniyası keçirib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, dekabrın 1-də saat 23:00-da “Harvey Nichols”da bütün mallara 70 faiz endirim tətbiq edildiyi elan olunub. Kampaniya 4 saat çəkib və saat 03:00-da başa çatıb.

Mağaza rəhbərliyinin bu qeyri-adi addıma getməsinin səbəbi kəskin nağd pul çatışmazlığı ilə izah edilir.

Qeyd edək ki, bəzi məlumatlara görə, Dünyamin Xəlilovun Azərbaycan Beynəlxalq Banka kredit borcu var. Onun borcunun məbləğinin bir neçə yüz milyon manat olduğu deyilir.

D.Xəlilov digər “kredit oliqarxı” Xaqani Bəşirovun işgüzar tərəfdaşıdır. D.Xəlilova məxsus “Globus Plaza” şirkətinin problemləri bu ilin mayında Beynəlxalq Banka böyük məbləğlərdə kredit borcu olan oliqarxların həbsindən sonra başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.