Hakimiyyətdən şok islahat qərarı: DSMF də ləğv olunur, nazirliyə birləşdirilir - Növbəti "kəmərsıxma" siyasəti

3-12-2015, 16:37           
Hakimiyyətdən şok islahat qərarı: DSMF də ləğv olunur, nazirliyə birləşdirilir - Növbəti "kəmərsıxma" siyasəti
Yaxın günlərdə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ləğv edilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, ləğv edilən DSMF-nin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilir.

Mənbənin dia.az-a söylədikləri: "Artıq bu barədə DSMF-nin hazırki sədri Elman Mehdiyevə hökumətin adından müvafiz müraciət ünvanlanıb və həmin müraciətdə DSMF-nin ləğvetmə prosesinə hazırlanması üşün uyğun göstəriş və təlimatlar qeyd olunub".

Bildirək ki, Elman Mehdiyev Səlim Müslümov ƏƏSMN-yə nazir təyin olunduqdan sonra DSMF-də rəhbər vəzifəsinə gətirilmişdi.

İndi isə aydın olur ki, hökumətin növbəti "kəmərsıxma" siyasəti DSMF-nin ləğvini zəruri edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru