İsmayıllıda Beynəlxalq Əlillər günü qeyd edildi. FOTO

3-12-2015, 17:26           

teref.az- İsmayıllı rayon icra hakimiyyəti “Qala” şadlıq sarayında 5 mindən çox fiziki imkanları məhdud olan insanları təmsil edən 200 nəfərin iştirakı ilə “Qala” şadlıq sarayında Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir keçirdi. Dekabrın 1-dən başlayaraq RİH-nin təşkilatçılığı ilə hərəkət imkanı olmayan birinci qrup əlillərin, əlil və fərdi təhsilə cəlb edilmiş məktəb yaşlı uşaqların ünvanına sovqatlar göndərildi. Həkimlər, müəllimlər, digər xidmət işçiləri də sovqat aparanlarla birlikdə qayğıya ehtiyacı olan sakinləri yad etdilər.
Şadlıq sarayındakı tədbirdə daha çox diqqəti cəlb edən əlil uşaqların yaradıcılıq nümunələri oldu. Uşaqlara və ailələrə dəstək mərkəzinin könüllüləri olan əlil uşaqların da əl işləri tədbirdə sərgilənirdi. Qayğıkeş,mərhəmətli insanlar çoxsaylı əl işləri və yaradıcılıq nümunələrini almaqla əlillərə maddi dəstək oldular.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə əlillərin sosial müdafiəsi, onların həyatına, sağlamlığına dövlət dəstəyi sosial siyasətdə öncül məsələyə çevrildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilmişdir. Bir çoxları xüsusi avtomobillərlə təmin olunmuş, ehtiyacı olanlar müxtəlif dərəcəli reabilitasiya kurslarını keçmişdir. Mirdaməd Sadıqov onu da bildirdi ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirdiyini bir daha təsdiq edir.
Tədbirdə çıxış edənlər əlillərin ehtiyaclarına daimi diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.Dövlət qayğısını aid bütün ünvanlara dəqiq və vaxtnda çatdırdığı üçün rayon rəhbərliyinə təşəkkür etdilər. Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir iştirakçılara imkan verdi ki, görüşsünlər, qayğı və sevinclərini bölüşsünlər, yaradıcılıq imkanlarını nümayiş etdirsinlər, musiqi dinləsinlər və birgə nahar etsinlər.
Sonda bədii söz, rəsm, şer yaradıcılığı ilə fərqlənən əlillərə rayon icra hakimiyyətinin hədiyyələri verildi.
Beynəlxalq Əlillər gününün keçirilməsində DSMF rayon şöbəsinin və rayon Əmək və əhalinin sosial müdafiəsi mərkəzinin fəaliştirak, bədii proqram, 2 saylı uşaq bağçasının körpələrinin və incəsənət məktəbi şagirdlərinin rəqsləri razılıqla qarşılandı.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.