Gömrüyün müsadirə etdiyi siqaretlər satışa çıxarılır – Fotofakt

30-11-2019, 00:44           
Gömrüyün müsadirə etdiyi siqaretlər satışa çıxarılır – Fotofakt
Bakıda Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə edilən siqaretlər satılır.

Bu barədə Yenisabah.az-a oxuculardan biri məlumat verib. Oxucumuz Bakıdakı köşklərin birindən aldığı üzərində Azərbaycanın “müsadirə” qeydi olan aksiz markalı siqaretin fotosunu da redaksiyamıza göndərib.

Məlumatı verən oxucu qeyd edib ki, Bakının müxtəlif yerlərində bu cür siqaretlərin satıldığına rast gəlmək mümkündür.

Bir müddət əvvəl Bakıda Ermənistan istehsalı olan siqaretlərin satıldığı barədə məlumat yayılmışdı. O zaman bu siqaretlərin gömrükdən necə keçdiyi barədə suallar yaranmışdı. Lakin DGK bu məsələnin üzərindən sükutla keçmişdi.

İndi də müsadirə olunmuş siqaretlərin satışa çıxarıldığı bəlli olub. DGK bu barədə də susacaqmı?













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru