Azərbaycana idxal edilən quş ətinin 1 kiloqramı üçün gömrük rüsumu 1 dollar olacaq - MÜDDƏT

5-12-2019, 00:55           
Azərbaycana idxal edilən quş ətinin 1 kiloqramı üçün gömrük rüsumu 1 dollar olacaq - MÜDDƏT
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Teref.az-ın xəbəri verir ki, qərara əsasən, Azərbaycana idxal olunan quş ətinə tətbiq edilən spesifik rüsumun vaxtı 2021-ci ilin sonunadək uzadılıb.

Başqa sözlə, 2019-cu il dekabrın 15-dək ölkəyə idxal edilən quş ətinin 1 kiloqramına 1 ABŞ dolları gömrük rüsumu tətbiq edilməli, dekabrın 15-dən isə quş əti üçün gömrük rüsumu 15 faiz (gömrük dəyərinə görə faizlə) olmalı idi. Nazirlər Kabinetinin son qərarına əsasən, quş ətinə tətbiq edilən spesifik rüsumların müddəti 31 dekabr 2021-ci ilə qədər uzadılıb. Başqa sözlə, 2021-ci il dekabrın 31-dək Azərbaycana idxal edilən quş ətinə tətbiq edilən gömrük rüsumu 15 faiz deyil, 1 kiloqramı üçün 1 ABŞ dolları olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru