Apellyasiya məhkəməsinin hakimi üçün qanunlar əsas deyilmiş - ŞİKAYƏT

10-12-2015, 11:04           
Apellyasiya məhkəməsinin hakimi üçün qanunlar əsas deyilmiş - ŞİKAYƏT
Redaksiyamıza müraciət edən hüquqi nümayəndə Məmməd Həmidov Apellyasiya Məhkəməsindəki süründürməçilikdən giley edir.

Məmməd Həmidov DİA.AZ-a yazır: "Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Rüstəmov Ali Məhkəmənin Mülki Kollegiyasının 15 sentyabr 2015-cinil tarixli, iş N- 2(102)-2473 saylı Qərarı qanuni qüvvəsinə minsə də icrasına qəsdən əməl edilmir. Ona görə ki, Qobustan rayonu Nərimankənd kənd sakinlərinin özəl mülkiyyəti hesab olunan pay torpaqları 2004-cü ildən başlayaraq bir hissəsi fiziki şəxslərə Qobustan rayon İcra Hakimiyyətinin başçısı və Qobustan şəhər bələdiyyəsinin sədri tərəfindən özbaşına satılmış, bir hissəsi isə dövlət obyektlərinin tikintisi üçün istifadə edilmişdir. Ali Məhkəmənin ədalətli qərarı isə hakim Elman Rüstəmov tərəfindən nədənsə icra edilmir. Ümid edirik ki, aidiyyatı təşkilat rəhbərləri sumqayıt Apellyasiya məhkəməsi hakiminin qanunazidd hərəkətləri barədə tezliklə qanunamümüvafiq tədbirlər görəcəkdir".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.